RU

Xədicə gümüş medal qazandı

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir."Football-plus.az" xəbər verir ki, bu gün 6 qadın güləşçimiz xalça üzərinə çıxıb. Xədicə Qurbanzadə almaniyalı Mədinə Bayramovaya 5:1 hesabıyla qalib gələrək finala yüksəlib. O, finalda ukraynalı Olena Kolubaya 0:10 hesabıyla məğlub olub və gümüş medal qazanıb.Nuray Cəfərli makedoniyalı Frosina Atanasovaya "tuş"la, macarıstanlı Vivyen Sentpala isə 7:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda polşalı Yuliya Palkaya 0:3 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.Fatimə Bayramova türkiyəli Ecrin Salikə "tuş"la, ukraynalı Kamilla Pihora isə 6:3 hesabıyla qalib gələrək 1/2 finala adlayıb. Fatimə yarımfinalda macarıstanlı Mariya Jitovoza 0:10 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.Gülxanım Şirinova 1/4 finalda rusiyalı Zlata Koreşovaya 3:12 hesabıyla məğlub olub.Fidan Babayeva 1/8 finalda isveçrəli İnez Airaksinenə "tuş"la məğlub olub.Simurə Abdullayeva bolqarıstanlı Nataliya Tasevaya "tuş"la qalib gəlsə də, 1/4 finalda türkiyəli Kıymet Tezcana 6:17 hesabıyla uduzub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
2
icma.az

8Источники