RU

İran ballistik arsenalını bərpa edir

İran ABŞ və İsrailin hərbi zərbələrindən sonra ballistik raket imkanlarının mühüm hissəsini qoruyub saxlaya və qismən bərpa edə bilib. Bu isə Vaşinqtonun İran ordusunun tamamilə zəiflədildiyi barədə verdiyi açıqlamalarla ziddiyyət təşkil edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “LeMonde” qəzetində maraqlı təhlil yer alıb. Məqalədə qeyd olunur ki, ABŞ kəşfiyyat məlumatlarına əsasən, İran Hörmüz boğazı boyunca yerləşən 33 raket bazasından 30-na yenidən çıxış əldə edib. Bundan əlavə, ölkənin mobil raket buraxıcılarının təxminən 70 faizi hələ də işlək vəziyyətdədir. İranın müharibədən əvvəlki raket ehtiyatının da təxminən 70 faizini saxladığı bildirilir.

Təhlildə o da vurğulanır ki, İran son aylarda raket istehsalı və saxlanması üçün yeraltı infrastrukturu daha da gücləndirib. Dağların altında yerləşən və raket şəhərləri adlandırılan bu obyektlər hava hücumları ilə tamamilə məhv edilməsi çox çətin olan strateji məkanlardır. ABŞ və İsrailin əsasən bu obyektlərin girişlərini hədəf aldığı, lakin İranın qısa müddətdə həmin girişləri yenidən açdığı bildirilir.

Məqalədə həmçinin qeyd olunur ki, ABŞ bu hərbi kampaniya zamanı böyük həcmdə silah ehtiyatı sərf edib. Məlumata görə, dörd həftə ərzində təxminən 850 “Tomahawk” qanadlı raketi və 1 200-dən çox “Patriot” müdafiə raketi istifadə olunub. Bu isə ABŞ-nin hərbi ehtiyatlarının azalması ilə bağlı narahatlıqları artırır.

Mətndə o da diqqətə çatdırılır ki, İran əvvəlki hərbi gücünü tam bərpa etməsə də, onun regional təhlükə yaratmaq potensialı hələ də qalır. Bu vəziyyət isə ABŞ administrasiyasının İrana qarşı həyata keçirdiyi əməliyyatların effektivliyi ilə bağlı yeni suallar doğurur.

Aydın  Baxış

Избранный
57
1
bakivaxti.az

2Источники