ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının davam edəcəyini bildirib.
Musavat.com xəbər verir ki, o, bununla bağlı Truth Social-da paylaşım edib. Pekində dövlət səfərində olan Tramp Çin dövlət rəhbəri Si Cinpinlə danışıqlarının gedişatından bəhs edərək qeyd edib ki, Çin lideri onu ikinci müddətində qazandığı uğurlara görə təbrik edib. Tramp öz administrasiyasının nailiyyətləri arasında xüsusilə "Venesuela üzərində hərbi qələbə, onlarla çiçəklənən münasibətlər və İranın hərbi məhv edilməsi"ni qeyd edib və əlavə edib ki, "bu, davam edəcək".
Qeyd edək ki, İsrail mətbuatı artıq İrana qarşı hərbi əməliyyatın yenidən başlanmasına hazırlıqlar aparıldığına dair məlumat yayır. Bu məlumatlar fonunda Trampın paylaşımı regionda gərginliyin yenidən kəskinləşəcəyi ehtimalını artırır.
Musavat.com