RU

Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş və tərəfdaşlıq danışıqları başlayıb SƏFİR

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Bu il Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş və tərəfdaşlıq prioritetləri üzrə danışıqlara başladıq. Bu danışıqlar təmiz enerji, ticarət, iqtisadi şaxələndirmə, insanlararası əlaqələr və daha çox sahələrdə əməkdaşlığımız üçün müasir və iddialı bir çərçivə təminedəcək”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Kuyundçiç deyib.

“Qarşılıqlı fəaliyyətimizin artması tərəfdaşlığımızın yalnız keçmişə deyil, həm də xalqlarımız üçün firavan bir gələcəyin qurulmasına yönəldiyini göstərir.

Münasibətlərimiz dərinləşməyə davam edir. Bu il biz artıq Brüsseldən bir neçə yüksək səviyyəli qonaq, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kostanı, Enerji və Mənzil məsələləri üzrə Komissar Dan Jorgenseni və ən son olaraq, İttifaqın Ali Nümayəndəsi Kaja Kallası qəbul etdik.

Amma biz nailiyyətlərimizlə kifayətlənə bilmərik. Gələn il tərəfdaşlığımızda daha bir mühüm mərhələ qeyd olunacaq. Biz Aİ-Azərbaycan Təhlükəsizlik Dialoquna ev sahibliyi edəcəyik, Aİ nümayəndələri Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda iştirak edirlər”.

Pərviz Həşimli

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
icma.az

1Источники