RU

Papadan Avropanın hərbi gündəliyinə zərbə: Yalnız onlar varlanır

Papa XIV Leo Avropada hərbi xərclərin artmasını tənqid edərək, yenidən silahlanmanın dünyada gərginliyi artırdığını bəyan edib.

Publika.az xəbər verir ki, Papa bu açıqlamanı Romadakı Sapienza Universitetində verib.

Katolik Kilsəsinin rəhbərinin sözlərinə görə, hərbi xərclərin artması cəmiyyəti təhsil və səhiyyəyə investisiya qoymaqdan məhrum edir və diplomatik mexanizmlərə inamı sarsıdır. XIV Leo bildirib ki, baş verənlər müdafiə adlandırılmamalıdır, çünki onun fikrincə, silahlanma qeyri-sabitliyin artmasına və beynəlxalq gərginliyə səbəb olur.

Papa həmçinin bu cür proseslərin ictimai rifaha maraq göstərməyən elitalara fayda verdiyini deyib. Papa həmçinin süni intellektin inkişafına münasibət bildirərək həm hərbi, həm də mülki sahələrdə neyron şəbəkələrinin istifadəsində ehtiyatlı olmağa çağırıb.

Избранный
25
publika.az

1Источники