RU

Böyük Britaniya Microsoft-da araşdırma başlatdı

Müəllif:Mehin Qasımova,Banco.az

Böyük Britaniya Rəqabət və Bazarlar İdarəsi (CMA) "Microsoft"  şirkətinin biznes proqram təminatı bazarındakı dominant mövqeyini araşdırmaq üçün “Strateji Bazar Statusu” (SMS) çərçivəsində yeni araşdırmaya başlayıb.

Banco.az xəbər verir ki, Böyük Britaniyada rəqəmsal bazarların tənzimlənməsi məqsədilə 2025-ci ildə tətbiq olunan SMS mexanizmi dördüncü dəfə işə salınıb və bu dəfə diqqət dünyanın ən böyük texnologiya şirkətlərindən birinə yönəlib.

CMA bildirib ki, araşdırmanın əsas məqsədi "Microsoft" şirkətinin biznes proqram təminatı sahəsindəki fəaliyyətinin rəqabət qanunvericiliyinə uyğun olub-olmadığını müəyyənləşdirməkdir.

Tənzimləyici qurumun diqqət mərkəzində şirkətin məhsullarını vahid paket şəklində təqdim etməsinin rəqiblər üçün bazara çıxışı çətinləşdirə biləcəyi ehtimalı dayanır. Araşdırma çərçivəsində "Windows", "Word", "Excel", "PowerPoint", "Teams", "Copilo"t və "Azure" kimi əsas məhsul və xidmətlər nəzərdən keçiriləcək.

“Strateji Bazar Statusu” anlayışı şirkətin müəyyən rəqəmsal sahədə uzunmüddətli və güclü bazar mövqeyinə malik olması deməkdir. Bu status CMA-ya şirkətin biznes təcrübələrinə daha geniş müdaxilə imkanları verir.

Qeyd olunub ki, SMS çərçivəsində yalnız proqram təminatı deyil, həmçinin "Microsoft Azure"  bulud xidmətləri də araşdırma predmetinə çevrilə bilər.

CMA hesab edir ki, yeni qaydalar xüsusilə kiçik və orta ölçülü yerli proqram təminatı şirkətlərinin bazarda daha rahat fəaliyyət göstərməsinə şərait yarada bilər.

Избранный
22
1
banco.az

2Источники