RU

Makronun Gümrü səfərində insident yaşanıbmış

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 5-də Gümrüyə səfəri zamanı insident yaşandığı iddia olunub.

Modern.az xəbər verir ki, Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, proqramda edilən dəyişiklik səbəbindən liderlərin fransız təmayüllü 10 nömrəli məktəbə planlaşdırılan səfəri ləğv edilib.

Bildirilib ki, məktəbin əməkdaşları konsert proqramı üçün tədbirə dəvət olunsalar da, mühafizəçilər ilə aralarında gərginlik yaranıb. İddialara əsasən, insident zamanı məktəbin direktoru yıxılıb.

Nəşr yazır ki, nəticədə şagirdlər hazırladıqları proqramı təqdim edə bilməyiblər və yalnız Emmanuel Makronla xatirə fotosu çəkdirməklə kifayətləniblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
modern.az

1Источники