RU

Cəbrayıldan olan keçmiş məcburi köçkün: Şükürlər olsun ki, doğma elimizə, obamıza qayıdırıq VİDEO

Bakı, 15 may, AZƏRTAC

Həmin ağır günləri böyük kövrəkliklə xatırlayıram. İşğal dövründə ailəm ilə birlikdə doğma torpaqlardan ayrı düşdük, müxtəlif yerlərdə məskunlaşmalı olduq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində keçmiş məcburi köçkün Maya Səfərova səsləndirib.

O bildirib ki, 1993-cü ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndindən ailəsi ilə birlikdə məcburi köçkün düşüb.

“Uşaqlarım hələ körpə idi. Uzun illər Bakıda yaşadıq. Bu gün doğma torpaqlarımızın azad olunmasını böyük sevinc və qürur hissi ilə qarşılayıram”, - deyə Maya Səfərova qeyd edib.

Onun sözlərinə görə, artıq illərlə həsrətində olduqları yurda qayıtmaq imkanı yaranıb. “Bu günə şükür, yerimiz-yurdumuz alınıb. İndi öz elimizə, obamıza qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Dövlətimizə minnətdarıq ki, bu günü bizə yaşatdı”, - deyə o bildirib.

Maya Səfərova doğma torpağın həsrətinin illərlə qəlbində yaşadığını vurğulayaraq əlavə edib: “Vallah, oranın havası, suyu hər şeyə dəyər”.

Избранный
3
3
azertag.az

4Источники