RU

Trampdan sonra Putin də Çinə gedir

Rusiya Prezidenti Vladimir Putin gələn həftə Çinə birgünlük səfər edəcək.

Bu barədə “South China Morning Post” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Putinin Pekinə səfərinin mayın 20-də baş tutacağı gözlənilir. Bildirilir ki, bu səfər Moskva ilə Pekin arasında rutin diplomatik təmasların bir hissəsidir və ABŞ Prezidentinin səfərində olduğu kimi, genişmiqyaslı mərasim və təntənəli qarşılanma nəzərdə tutulmur.

Bu, Çinin bir ayda çoxtərəfli platformadan kənar şəkildə həm ABŞ, həm də Rusiya liderlərini qəbul etdiyi ilk hal olacaq.

Ekspertlər bunu Pekinin hər iki ölkə ilə münasibətləri balanslaşdırmaq və parçalanmaqda olan qlobal nizam şəraitində özünü əsas geosiyasi güc kimi möhkəmləndirmək cəhdi kimi qiymətləndirir.

AzPost.az

Избранный
5
5
azpost.info

9Источники