RU

Maduro həbsxanadakı şəraitdən danışdı: əsas problem qidadır

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

“2026-cı ilin yanvar ayının əvvəlində ABŞ-yə köçürülən Nikolas Maduro tək kamerada deyil, Nyu-Yorkdakı Metropoliten Saxlama Mərkəzində 18 nəfərlə birgə kamerada saxlanılır”. 

Gununsesi.info xəbər verir ki, bu barədə onun oğlu Nikolas Maduro Gerra “Der Spiegel”ə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, əvvəlcə atası tək saxlanılıb, lakin Pasxa bayramından əvvəl o, ümumi bir yerə köçürülüb. Maduro həbsxanada ünsiyyət çatışmazlığı yaşamır, çünki kamera yoldaşlarının yarısı ispan dilində danışır. Həmçinin, onun hər gün evə zəng etmək imkanı var. Maduro Guerra izah edib ki, “atası  hər axşam saat yeddi radələrində zəng edir”.

“Asudə vaxtlarında atam televizora baxır, ingilis dilini öyrənir və Müqəddəs Kitab oxuyur, eləcə də Venesuela Konstitusiyası, Simon Bolivarın əsərləri, metafizika, Şekspir və Esxil haqqında əsərlər mütailə edir.

Əsas narahatçılığımız qidalanmadır. Atam həmişə çox sağlam qidalanırdı: çoxlu tərəvəz, az şəkər. İndi o, əsasən karbohidratlar, yüksək dərəcədə emal olunmuş qidalar və çoxlu duz yeyir”,  – Maduro Guerra bildirib.

2026-cı ilin yanvar ayının əvvəlində ABŞ Venesuelada hərbi əməliyyata başlayıb: cəmi iki saat 20 dəqiqə ərzində Maduro və həyat yoldaşı Siliya Flores “Delta Force” xüsusi təyinatlıları tərəfindən tutularaq ABŞ-a gətirilib. Onlar “narkoterrorizm”, qanunsuz silah saxlama və narkotik qaçaqmalçılığında ittiham olunurlar.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
2
icma.az

5Источники