RU

Türkiyədə yeni təhlükəsizlik planı: PKK üçün geri sayım başladı

Türkiyədə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində yeni strateji mərhələyə keçid edilib.

Publika.az xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK-dan silahların təhvil verilməsi ilə bağlı konkret təqvim və yol xəritəsi tələb edib.

Türkiyə mediasının məlumatına görə, təşkilata plan təqdim etməsi üçün 7-10 gün vaxt verilib. Yol xəritəsində mağaraların boşaldılması, sərhəddən geri çəkilmə və silah anbarlarının ləğvi kimi məsələlərin yer alacağı bildirilir.

Məlumata əsasən, proses qarşılıqlı və sinxron addımlar mexanizmi əsasında həyata keçiriləcək. Bu sistemə görə, PKK-nın atacağı hər addıma qarşılıq olaraq Ankara da eyni vaxtda hüquqi və inzibati addımlar atacaq.

Избранный
20
publika.az

1Источники