RU

Çimərlik mövsümündə nələrə diqqət yetirilməlidir? Həkim danışdı

ain.az, Yenisabah saytına istinadən bildirir.

Azərbaycanda çimərlik mövsümü, ənənəvi olaraq, iyunun 15-də rəsmən açıq elan olunur.

Sentyabrın ortalarına qədər davam edəcək mövsümdə Xəzər dənizinin sahilində həm pulsuz, həm də ödənişli çimərliklərin fəaliyyət göstərəcək. Hər il olduğu kimi, sahilboyu ərazilərin təmizlənməsi, xilasedici xidməti və gigiyenik-sanitar qaydalara əməl olunması mövzusu müzakirə doğurur.

“Çimərlik mövsümündə insanlar, əsasən, göbələk, göz infeksiyası, müxtəlif dəri xəstəlikləri, enteroviruslar və mədə-bağırsaq sistemini pozan viruslara yoluxa bilərlər”. Sezar pizza

Bunu “Yeni Sabah”a Bakı Sağlamlıq Mərkəzinin həkim-infeksionisti Ləman Qalimova bildirib.

Onun sözlərinə görə, çimərlik və hovuzlarda yoluxmaların səbəbi gigiyenik-sanitar qaydalara əməl olunmamasıdır:

“Bir sıra gigyenik qaydalara riayət etmək mütləq şərtdir. Əgər kimdəsə qaşıntı, hər hansı səpki, yüksək temperatur və ya qusma kimi şikayətlər yaranarsa, vaxtında həkimə müraciət edilməlidir. Yalnız peşəkar həkim müayinəsi ilə düzgün diaqnoz qoyulmalı və müvafiq müalicə həyata keçirilməlidir”.

Cəlalə Cəlalqızı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
2
yenisabah.az

3Источники