RU

“İstəyirik ki, insanlar ən azı bir səhm alıb, kapital bazarını hiss etsinlər” -

Azərbaycanda fiziki şəxslərin xarici qiymətli kağızlara investisiyasında artım qeydə alınıb.Metbuat.az xəbər verir ki, bunu "ABB Invest"in icraçı direktoru Nadir Babazadə deyib. “ABB Invest” rəsmisinin sözlərinə görə, illik müqayisədə bu istiqamətdə təxminən 10 faiz artım müşahidə olunur. Hazırda fiziki şəxslərin xarici bazarlarda formalaşdırdığı investisiya portfelinin həcmi 80 milyon dollara yaxın qiymətləndirilir. Hüquqi şəxslərin portfeli isə təxminən 300 milyon dollar səviyyəsindədir. Nadir Babazadə bildirib ki, xarici bazarlarda əsas maraq ABŞ səhmlərinə yönəlib və investor davranışının formalaşdırılması prioritet istiqamətlərdəndir.Onun sözlərinə görə, məqsəd investorların kapital bazarında daha aktiv iştirakını təmin etməkdir: Qeyd edək ki, ABB Invest-in xalis mənfəəti 2025-ci maliyyə ilinin sonunda 2 milyon 352 min 707 manat təşkil edib. Bu rəqəm 2024-cü ildə 2 milyon 319 min 376 manat olub. Beləliklə, illik müqayisədə xalis mənfəətdə təxminən 1% artım qeydə alınıb. Şirkət həmçinin bildirib ki, ötən illərdən bölüşdürülməmiş mənfəət hesabına səhmdara 3 milyon manat dividend ödənilib. 2025-ci il dekabrın 31-nə şirkətin kapitalı 9.3 milyon manat təşkil edib. Dividend ödənişindən sonra kapital 6 milyon manata düşüb. “Biz istəyirik ki, insanlar ən azı bir səhm alaraq kapital bazarını hiss etsinlər. Bu həm dividend gəliri, həm də kapital artımı baxımından vacibdir”.
Qeyd olunub ki, “ABB Invest” mobil tətbiqi vasitəsilə investorlar ABŞ bazarlarında ticarət olunan səhmlərin böyük hissəsinə çıxış əldə edə bilirlər.

Gülbəniz Hüseynli / Metbuat.az

Избранный
20
1
metbuat.az

2Источники