RU

Universitetlərin nə potensialı var ki?

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Universitetlər, biznes və beynəlxalq tərəfdaşlıq bir araya gəldikdə daha effektiv nəticələr əldə olunur”.

( Emin Əmrullayev).

Nazir daha sonra deyir ki, görə, uğurlu nəticələrin əldə olunması ali təhsil müəssisələrinin öz potensialını gücləndirməsi ilə mümkündür.

Maraqlıdır, ali məktəblərin nə potensialı var ki? Olan potensialı da 35 ildir ancaq təmir – tikintiyə yönəldirlər təbii ki, ETN razılığı ilə. Əgər həqiqətən ETN inkişaf maraqlandırısa, onda universitetlərin təmirinə 5 illik maratoriya qadağalar qoysun, onda 5 ilə müəyyən inkişaf mümkün ola bilər. Zorla PHŞ edilən universitetlər özünə keyfiyyətli dərsliklər və tədris metodik baza yaratmağa, təhsilin keyfiyyətini yüksəltməyə, rəqəmsallaşmağa 35 ildir ki, pul tapmır. Nazir isə onlara öz potensialları ilə inkişaf etməyi tövsiyyə edir.

Bu dəst xətt əvvəldən məlum idi, dövlət büdcədən universitetlərə inkişaf üçün pul ayırmaq istəmir, heç vaxt da bunu etməyib (yalnız yeni korpuslar tikib). Universitetlərin PHŞ edilmə səbəbi də bu idi. Amma Gürcüstan yeni yaratdığı Kutaisi Beynəlxalq Universitetinə 3 ildə 3 milyard investisiya edilmişdi. Bu məbləğ 35 ildə bizim 50 universitetin toplam büdcəsindən bəlkə də çoxdur.

Təbii ki insan kapitalı yaratmaq, ən bahalı kapital tutumlu işdir. Əlbəttə ki, “ucuz ətin şorbası” ilə hazırlanan insan kapitalı, kvadratın sahəsni və perimetrini tapa bilməz.

Bəs 5 qat artan təhsil büdcəsini ETN hara xərcləyir? Niyə universitetlərimiz bu kökdədir? Bir ay əvvəl böyük bir heyətlə ETN Qazaxstana getmişdi, orada universitetlərin inkişafını görüb, az da olsa utandılarmı? 35 il ıvvəl biz eyni start durumda idik,

İran və Türkiyə universitetlərindən isə irılidı idik. İndi onların universitetləri hardadır, biz hardayıq?

Daha sonra nazir deyir ki, biznes kömək etsin. Axı bizim ölkədə bu real deyil, niyə xəyallara dalırıq? Digər təklif beynəlxalq əməkdaşlıqdır. Universitetlərimiz əməkdaşlıq, ikili diplom v.s. adla nə vaxta qədər xarici universitetlərə xahiş- minnət edəcək? Niyə heç kim bizdən heç nə öyrənmək istəmir, elə daim biz onun bunun işini təqlid etməliyik? Quyuya su tökməklə quyu dolmaz, əgər bu quyuda su yoxdursa.

Göründüyü kimi nazir 3 təklif verib, hamısı da səmərəsiz, faydasız. Bizim universitetlərin potensialı zəifdir, özü inkişaf edə bilməz, heç kim də onlara borclu deyil, (nə biznes, nə də xarici universitetlər), heç kim də onlara real kömək edəsi də deyil. Onlara köməyi ETN etməlidir, o da yaxasını kənara çəkir, qrant vermir, lahihə vermir, dövlət proqramı hazıtlamır, özü də investisiya etmir Nazir isə səhv ünvanlar göstərir . ETN əgər universitetlərin potensialından səmərəli istifadə etmək isyirsə, heç bir imkanı da yoxdursa (5 milyardlıq büdcə bəs?), heç olmasa 35 il davam edən universitetlərin təmir’tikinti biznesini (talanını) saxlasın. Sovet vaxtı universitetlər 10 ildə 1 dəfə, indi isə ildə 2 dəfə təmir edilir…

Amma illər də sürətlə gedir, universitetlərin geriliyi də ilbəil artır. Post neft dövrü də qapını döyür …

İlham Əhmədov

Dosent

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
icma.az

1Источники