RU

AzTV-də yeni ixtisar: “Sabah”ın əməkdaşları işsiz qaldı

AzTV-nin “Sabah” Eksperimental Yaradıcılıq Emalatxanası bağlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.

"Sabah"ın işçiləri ixtisar edilib. Dominos pizza

Xatırladaq ki, emalatxana 15 fevral 1993-cü ildə fəaliyyətə başlayıb. Əsas etibarilə televiziya tamaşaları, film-tamaşalar, bədii və sənədli televiziya filmləri, konsert və şou-proqramlar  hazırlanıb. Studiyanın istehsalı olan “Ac həriflər” televiziya tamaşası “Humay” mükafatına layiq görülüb. Eksperimental bir qurum kimi “Sabah”ın nəzdində təşkilatlanmış “Sınaq” studiyası efir vasitəsilə özünəməxsus teletamaşalar paradı keçirib.

1993-cü ildən 2019-cu ilə qədər “Sabah” Yaradıcılıq Studiyasında müxtəlif müəllif və rejissorların 40-a yaxın ekran işi ərsəyə gətirilib. 2019-cu ildə studiya yenidən aktiv fəaliyyətə başlayıb.

“Sabah” Yaradıcılıq Studiyasının direktoru, görkəmli teatr, kino, televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğludur.

Aydan Hacı 


Telegram kanalımız
Избранный
29
5
yenisabah.az

6Источники