AzTV-nin “Sabah” Eksperimental Yaradıcılıq Emalatxanası bağlanıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.
"Sabah"ın işçiləri ixtisar edilib. Dominos pizza
Xatırladaq ki, emalatxana 15 fevral 1993-cü ildə fəaliyyətə başlayıb. Əsas etibarilə televiziya tamaşaları, film-tamaşalar, bədii və sənədli televiziya filmləri, konsert və şou-proqramlar hazırlanıb. Studiyanın istehsalı olan “Ac həriflər” televiziya tamaşası “Humay” mükafatına layiq görülüb. Eksperimental bir qurum kimi “Sabah”ın nəzdində təşkilatlanmış “Sınaq” studiyası efir vasitəsilə özünəməxsus teletamaşalar paradı keçirib.
1993-cü ildən 2019-cu ilə qədər “Sabah” Yaradıcılıq Studiyasında müxtəlif müəllif və rejissorların 40-a yaxın ekran işi ərsəyə gətirilib. 2019-cu ildə studiya yenidən aktiv fəaliyyətə başlayıb.
“Sabah” Yaradıcılıq Studiyasının direktoru, görkəmli teatr, kino, televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğludur.
Aydan Hacı
Telegram kanalımız