RU

AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir

Azərbaycan Hava Yolları (AZAL) bu gündən etibarən Dubay istiqamətində uçuşların icrasına yenidən başlayır.

Ölkə.az bu barədə AZAL-ın rəsmi sosial media hesabında paylaşdığı açıqlamaya istinadən xəbər verir.

Bildirilib ki, uçuşlar həftənin hər günü həyata keçiriləcək.

Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.

Избранный
22
14
olke.az

10Источники