RU

ABŞ-nin İran planı gündəmdə: Tehran sərt cavab verdi

ABŞ Prezidenti Donald Trumpın Çin səfərindən sonra Vaşinqtonun İrana qarşı yeni hərbi addımları nəzərdən keçirdiyi iddia olunur.

“Cebheinfo.az” ABŞ mediasına istinadən xəbər verir ki, əsas müzakirə mövzuları Hörmüz boğazında “Azadlıq layihəsi” əməliyyatının yenidən başladılması və İran infrastrukturuna mümkün zərbələrdir.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında gəmi keçidlərinə nəzarəti gücləndirə və bölgədə İranın təsirini azaltmağa çalışa bilər.

Tramp administrasiyası daha əvvəl də bu əməliyyatı qısa müddətlik tətbiq etmiş, sonra isə İranla danışıqlarda irəliləyiş olduğunu bildirərək dayandırmışdı.

ABŞ mediası həmçinin Ağ Evin İranın nüvə fəaliyyəti ilə bağlı sərt mövqe tutduğunu və lazım gələrsə hərbi müdaxilə variantını gündəmdə saxladığını yazıb. Vaşinqton İranın Hörmüz boğazındakı təzyiqlərindən narahat olduğunu bildirir.

İddialara görə, İsrail də Trampın Çindən qayıdışından sonra İrana qarşı mümkün əməliyyat ehtimalına görə yüksək hazırlıq vəziyyətinə keçib. İsrail ordusunun həftəsonu ərzində xüsusi hazırlıq rejimində olacağı qeyd edilir.

Tehrandan isə sərt reaksiya gəlib. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-nin təhdidlərinə artıq öyrəşiblər və Vaşinqton hərbi yolla nəticə əldə edə bilməyəcək:

“40 gün bizimlə müharibə apardılar və nəticəsini gördülər. İranla hörmətlə danışanlar eyni şəkildə cavab alacaq. Problemləri hərbi yolla həll etmək mümkün deyil və bu yolla heç bir nəticə əldə edə bilməyəcəklər”.

Избранный
36
cebheinfo.az

1Источники