RU

Keçid ballarının müxtəlif olması ilə bağlı AÇIQLAMA

Bu barədə Ajans.az-a  ARTİ-dən məlumat verilib. Bildirilib ki, fənn müsabiqələri müxtəlif fənlər üzrə təşkil olunduğundan, hər bir istiqamət üzrə iştirakçı sayı, tapşırıqların xüsusiyyətləri, nəticələrin ümumi statistik göstəriciləri və iştirakçıların performans səviyyəsi bir-birindən fərqlənir: "Bu səbəbdən yarımfinal mərhələsinin nəticələrinə əsasən final mərhələsinə keçid balları da fənlər üzrə eyni olmaya bilir. Keçid balları müəyyən edilərkən hər bir fənn üzrə yarımfinal mərhələsində iştirak edən şagirdlərin sayı, iştirakçıların nəticələrinin ümumi statistik təhlili, tapşırıqların çətinlik səviyyəsi, final mərhələsi üçün nəzərdə tutulan iştirakçı sayı kimi meyarlar nəzərə alınır. Bu yanaşma beynəlxalq və yerli qiymətləndirmə təcrübəsinə uyğun olaraq tətbiq edilir və məqsəd hər bir fənn üzrə ən yüksək nəticə göstərən iştirakçıların növbəti mərhələyə vəsiqə qazanmasını təmin etməkdir.

Bir daha diqqətə çatdırırıq ki, fərqli fənlər üzrə keçid ballarının fərqli olması hər hansı üstünlük və ya ayrı-seçkilik deyil, müsabiqənin qiymətləndirmə mexanizminin və statistik nəticələrinin təbii göstəricisidir".

Избранный
15
15
Ajans.az

10Источники