RU

Rusiya əsirliyindən 205 ukraynalı azad edildi Zelenski

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Rusiya əsirliyindən 205 ukraynalı vətəndaş vətənə qaytarılıb. Bu, “minə min” formatında aparılan mübadilənin ilk mərhələsi çərçivəsində baş tutub.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski öz Telegram səhifəsində məlumat verib.

Bildirilir ki, azad olunanlar arasında Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın və Dövlət Sərhəd Xidmətinin əsgərləri var. Prezident qeyd edib ki, azad olunanların içində sıravi əsgərlər, serjantlar və zabitlər mövcuddur. "Onların əksəriyyəti 2022-ci ildən Rusiya əsirliyində olub və Mariupol, “Azovstal”, Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporojye, Sumı, Kiyev istiqamətlərində, həmçinin Çernobıl AES-də Ukraynanı müdafiə ediblər", - deyə bildirib.

Zelenski həmçinin azad olunmasına kömək edən hər kəsə təşəkkür edib. O, mübadilə fonduna dəstək verən əsgərlərimizə, komandaya və beynəlxalq tərəfdaşlara minnətdarlığını bildirib. “Hər kəsi, hələ də əsirlikdə qalan hər bir vətəndaşımızı qurtarmaq üçün mübarizəyə davam edəcəyik”, – deyə prezident əlavə edib.

Hərbi əsirlərlə bağlı Koordinasiya Ştabının məlumatına görə, bu mübadilə ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara əsasən həyata keçirilib. Azad olunanların çoxu 4 il əsirlikdə qalıb, onların əksəriyyəti Mariupol müdafiəsi zamanı əsir düşüb. Siyahıların tərtibində əsas meyar məhz əsirlikdə qalma müddəti olub.

Əsgərlər və serjantlarla yanaşı, əllidən çox zabit də evə qaytarılıb. Azad olunanlar arasında Çernobıl AES-də əsir düşmüş bir milli qvardiya əsgəri də var. Ən gənc azad olunan müdafiəçi 21, ən yaşlısı isə 62 yaşındadır.

Azad olunanlar tibbi mərkəzlərə aparılacaq, müayinələrdən keçəcək, müalicə və reabilitasiya alacaq, sənədləri veriləcək və qanuni ödənişləri təmin olunacaq. Zelenski ABŞ və BƏƏ-yə vasitəçilik və dəstəyə görə təşəkkür edib.

Koordinasiya Ştabı növbəti “minə min” mərhələlərinə hazırlaşır və digər əvvəlcədən razılaşdırılmış addımlar üzərində işləməyə davam edir. Məqsəd bütün əsirlərin tamamilə evə qaytarılmasıdır.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
icma.az

1Источники