Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna ordusuna məxsus 355 PUA-nı məhv edib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Dronlar Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Oryol, Pskov, Rostov, Ryazan, Smolensk, Tambov, Tver və Tula vilayətləri, Moskva vilayəti, Krım, Kalmıkiya Respublikası və Krasnodar diyarı üzərində, eləcə də Azov və Xəzər dənizləri üzərində məhv edilib.
Qeyd edək ki, Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində 24 nəfər ölüb, 48 nəfər yaralanıb. Kiyevdə bu gün matəm elan edilib.
TVMusavat-ın bu gün saat 15:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Heydər Oğuzla müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv