RU

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb

Füzuli, 15 may, AZƏRTAC

Birinci Qarabağ müharibəsinin itkin şəhidləri Ələddin Həzi oğlu Həziyev və Zuar İmamqulu oğlu Sadıqov Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında dəfn olunublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə İşıqlı kəndində vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra Ələddin Həziyevin və Zuar Sadıqovun nəşləri hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.

Qeyd edək ki, Ələddin Həziyev və Zaur Sadıqov 1973-cü ildə İşıqlı kəndində kəndində anadan olublar. Onlar Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıblar. 1993-ci ildə Cuvarlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüblər. Onların şəxsiyyəti aparılan müvafiq ekspertiza nəticəsində müəyyən edilib.

Избранный
3
3
azertag.az

10Источники