RU

Kadir İnanırın fanatlarına məyusedici xəbər

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə kinosunun əfsanəvi simalarından olan Kadir İnanır gecə saatlarında qəfil pisləşib. Yaxınları vəziyyəti hiss edən kimi məşhur aktyoru dərhal Beşiktaşdakı xəstəxanalardan birinə çatdırıblar.Demokrat.az xəbər verir ki, tibb müəssisəsində edilən ilk müdaxilədən sonra həkimlər sənətkarı reanimasiya şöbəsinə yerləşdirmək qərarına gəliblər. Aktyorun səhhəti ilə bağlı xəstəxanadan hələlik rəsmi açıqlama verilməsə də, onun həkim nəzarətində saxlanıldığı bildirilir. Xatırladaq ki, Kadir İnanır ötən il də beyin qan dövranının pozulması və ağciyər infeksiyası səbəbindən uzun müddət xəstəxanada müalicə olunmuşdu. Təxminən bir ildir fiziki reabilitasiya keçən usta sənətkarın reanimasiyadakı müalicəsi davam edir.Yəni, uzun müddətdir ciddi sağlamlıq problemləri ilə mübarizə aparan məşhur aktyor Kadir İnanır yenidən xəstəxanaya yerləşdirilib və hazırda reanimasiyadadır.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
56
11
demokrat.az

10Источники