RU

“Xarıbülbül” festivalı onların konserti ilə başa çatdı Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Şuşada günün ikinci yarısında Xan qızı Natəvanın sarayının qarşısında Xalq artisti Səkinə İsmayılova və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, musiqi axşamında “Rast” dəstğahı səsləndirilib.

Gənc xanəndələr ustadları ilə birgə fərqli bir muğam axşamı təqdim edib. Xalq mahnıları və muğamların ustad ifaçısı Səkinə İsmayılova bu il 70 illik yubileyini qeyd edir.

Azərbaycan xalqı üçün həm musiqi, həm də fəlsəfə olan muğam ifaları ilə “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalına yekun vurulub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
74
8
qafqazinfo.az

10Источники