RU

Merts: ABŞ-də yaşamağı övladlarıma tövsiyə etməzdim...

Almaniya kansleri ABŞ-də sosial mühitin dəyişdiyini və yüksək ixtisaslı insanların belə iş tapmaqda çətinlik çəkdiyini bildirib...

Poliqon xəbər verir ki, Fridrix Merts Almaniyada keçirilən katolik qurultayında çıxışı zamanı hazırkı şəraitdə övladlarına ABŞ-də yaşamağı və ya təhsil almağı məsləhət görməyəcəyini bildirib. Onun sözlərinə görə, son illərdə ABŞ-də ictimai mühit ciddi şəkildə dəyişib və bu dəyişiklik xüsusilə gənclər və yüksək təhsilli mütəxəssislər üçün özünü daha qabarıq göstərir.

Merts qeyd edib ki, o, uzun illər ABŞ-yə böyük rəğbət bəsləyib, lakin son dövrlərdə ölkəyə olan heyranlığının artmadığını hiss edir. Kansler bildirib ki, sosial və iqtisadi vəziyyətdə yaranan problemlər səbəbindən bir çox savadlı və peşəkar insanlar belə əmək bazarında ciddi çətinliklərlə üzləşirlər.

Almaniya kansleri çıxışı zamanı Almaniyanın imkanlarını da ön plana çəkib. O vurğulayıb ki, dünyada gənclərə Almaniya qədər geniş perspektivlər təqdim edən ölkələrin sayı çox azdır. Mertsin fikrincə, Almaniya xüsusilə təhsil, peşəkar inkişaf və sosial təminat baxımından gənclər üçün böyük imkanlar yaradır və ölkə vətəndaşları buna daha çox inanmalıdırlar.

Poliqon.info

Избранный
36
poliqon.info

1Источники