RU

“Eşref Rüya” final edir

“Kanal D”nin reytinqli layihələrindən olan, baş rollarını Çağatay Ulusoy və Demet Özdemirin paylaşdığı “Eşref Rüya” serialı ekranlara vida etməyə hazırlaşır.

Bu barədə məlumatı ekran işinin istehsalçısı “TİMS&B Productions” yayıb.

Şirkət layihədə əməyi keçən bütün heyətə və izləyicilərə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, sosial şəbəkədə yayılan iddialara görə, ssenaridə edilən son dəyişikliklər layihənin reytinqlərinə mənfi təsir göstərib. Məhz reytinq göstəricilərindəki geriləmə səbəbindən ekran işinin erkən final qərarı aldığı vurğulanır.

"Cebheinfo.az" 

Избранный
88
3
cebheinfo.az

10Источники