Misli Premyer Liqasında 32-ci tur davam edir.
“İki sahil” xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Həm “Qarabağ”ın, həm də “Turan Tovuz”un gümüş medal qazanmaq şansı qaldığı üçün bu komandaların oyunları eyni vaxtda start götürəcək.
“Qarabağ” öz meydanında “İmişli”ni qəbul edəcək. Hazırda Ağdam klubu 63 xalla 2-ci, İmişli təmsilçisi isə 33 xalla 9-cu pillədə qərarlaşıb. Bu komandaların cari mövsümdəki qarşılaşmalarında “Qarabağ”ın üstünlüyü var. Ağdam klubu əvvəlcə rəqibini 2:0, daha sonra isə 1:0 hesabı ilə məğlub edib. Qurban Qurbanovun komandası bu gün də “İmişli”yə qalib gəlsə, sona 1 tur qalmış ikinci yeri, avtomatik Avropa Liqasına vəsiqəni təmin edəcək.
“Turan Tovuz” isə səfərdə “Şamaxı”nın qonağı olacaq. Hazırda Tovuz klubu 59 xalla 3-cü, “Şamaxı” isə 35 xalla 8-ci yerdədir. Bu komandaların ilk dövrədəki görüşündə “Turan Tovuz” 2:1 hesablı qələbə qazanıb. İkinci dövrədə Şamaxıda baş tutan matçda isə qalib aşkarlanmayıb - 0:0.
Misli Premyer Liqası,
32-ci tur
16 may (şənbə)
17:00. “Şamaxı” - “Turan Tovuz”
Baş hakim: Rəvan Həmzəzadə
Şamaxı şəhər stadionu
17:00. “Qarabağ” - “İmişli”
Baş hakim: Emin Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu
17 may (bazar)
18:00. “Zirə” - “Sumqayıt”
18:00. “Sabah” - “Neftçi”
15 may (cümə)
“Karvan-Yevlax” - “Qəbələ” - 1:2
“Araz-Naxçıvan” - “Kəpəz” - 2:0