RU

Beynəlxalq Muğam Mərkəzində dostluq konserti keçirildi

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ilə Türkiyə arasında sarsılmaz mədəni bağları tərənnüm edən dostluq konserti təşkil olunub.

Kulis.az xəbər verir ki, proqramda Avropadan gələn Rotterdam Klassik Türk Musiqisi Xoru çıxış edib.

Xorun rəhbəri Burak Savaşın dirijorluğu ilə türkiyəli və azərbaycanlı musiqiçilər eyni səhnəni bölüşərək həm Anadolu, həm də Azərbaycanın zəngin musiqi xəzinəsindən seçilən əsərləri səsləndiriblər.

Tədbirdə Heydər Buka (zərb alətləri), Atilla Tektaş və Elnur Mikayılov (kamança), Sidqi Savaş (ud), Yelda Dəmir (qaval), Əməkdar artist Çinarə Mütəllibova (qanun), Səbinə Məmmədova (piano), Rəfael Əsgərov (balaban) və Rəvanə Qurbanova (vokal) çıxış ediblər.

Tədbirin əsas mahiyyəti Azərbaycan və Türkiyə xalqları arasında ortaq mədəni dəyərlərin, musiqi ənənələrinin və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, eləcə də bu zəngin irsin gələcək nəsillərə çatdırılmasının təşviqindən ibarət olub.

Избранный
4
1
kulis.az

4Источники