RU

Məryəm Nəvaz Şərif Bakıda Pəncab əyalətinin Azərbaycanla əməkdaşlığını müzakirə edəcək

Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif Bakıda mayın 17-də keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycana səfər edəcək.

“İki sahil” xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Baş nazir qeyd edib ki, mayın 16-da Azərbaycana üçgünlük səfərə yola düşəcək.

Bundan əlavə, WUF13-də o, Pəncabın əlçatan mənzil təminatı proqramını təqdim edəcək.

M.Şərif Bakıda həmçinin Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək, bu görüşlərdə şəhər inkişafı, iqlim dəyişikliyinə qarşı dayanıqlılıq, turizm və Pəncab ilə Azərbaycan arasında investisiya imkanları sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Избранный
40
1
ikisahil.az

3Источники