ain.az bildirir, Qafqazinfo portalına istinadən.
Estoniyanın Baş naziri Kristen Mixal Şimali Atlantika Müqaviləsi Təşkilatını (NATO) İsveçrə saatları ilə müqayisə edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli ERR nəşri məlumat yayıb.
“NATO İsveçrə saatları kimidir: bahadır, amma işləyir. Biz hər gün dənizimizdə və səmamızda bunun şahidi oluruq”, - Mixal deyib.
Baş nazir cari geosiyasi reallıqlar fonunda müttəfiqlərin güclü və adaptiv NATO-ya ehtiyac duyduqlarını qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.