RU

“PAŞA Sığorta” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək

30 iyun 2026-cı il tarixində “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı (illik ümumi yığıncaq) keçiriləcək.

"APA-Economics" xəbər verir ki, yığıncaq Sığortaçının Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov prospekti 61 (“Sahil Plaza” biznes mərkəzi) ünvanında yerləşən inzibati binasında, saat 12:00-da baş tutacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin illik hesabatlarının təsdiqi ilə bağlı məsələ daxil edilmişdir. Gündəlikdə nəzərdə tutulmuş məsələ ilə bağlı materiallar səhmdarların elektron poçt ünvanlarına göndəriləcək.

Yaranan əlavə suallarla əlaqədar olaraq [email protected] elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur.

Избранный
8
4
apa.az

7Источники