RU

Vircil van Deyk “Qalatasaray”a keçir?

“Liverpul”un kapitanı Vircil van Deyk qarşıdan gələn transfer pəncərəsində “Qalatasaray”a keçə bilər.

Publika.az xəbər verir ki, Türkiyə klubunun “qırmızılar”ın mərkəz müdafiəçisini hədəf kimi müəyyən etdiyi barədə şayiələr gəzir. Bundan əlavə, jurnalist Arda Özkurtun sözlərinə görə, niderlandlı ulduz “Liverpul”un onu bu yay buraxmağa razılaşacağı təqdirdə təklifi qəbul etməyə hazır olduğunu artıq “Qalatasaray”a bildirib.

Van Deykin müqaviləsi gələn ilin yayında bitir və “Transfermarkt” onun dəyərini 18 milyon avro olaraq qiymətləndirir. Onun iyul ayında 35 yaşı tamam olur.

Избранный
15
publika.az

1Источники