RU

Aktyorları da robotlar ƏVƏZ EDƏCƏK FOTO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbulda süni intellektlə dəstəklənən insanabənzər robot ilk dəfə teatr səhnəsinə çıxacaq.Bizim.Media Türkiyə mediasına istinadla xəbər verir ki, aktyor və rejissor Metin Yıldızın yazıb quruluş verdiyi “İndi telefonunuza bir kod gələcək” adlı tamaşa mayın 17-də premyera edəcək.

 

Tamaşanın ən diqqətçəkən tərəfi isə süni intellektlə idarə olunan insanabənzər robotun peşəkar aktyorlarla eyni səhnəni bölüşməsidir. Layihə komandasının sözlərinə görə, robot səhnədə öz rolunu aktyorlarla birlikdə ifa edəcək.

Metin Yıldız bildirib ki, tamaşa insan və süni intellekt arasındakı münasibəti səhnəyə daşıyır. Rejissor robotun da aktyorlar qədər prosesə hazırlandığını vurğulayıb.Aktyor Ceylan Yılmaz isə robotla eyni səhnəni paylaşmağın fərqli təcrübə olduğunu deyib və emosiyasız bir “aktyor” ilə emosiyanı çatdırmağa çalışdıqlarını qeyd edib.Qeyd edək ki, bu, Türkiyədə ilk, dünyada isə nadir eksperimentlərdən biri sayılır.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
34
3
bizim.media

4Источники