Türk kinosunun usta aktyorlarından biri olan Kadir İnanır pnevmoniya səbəbindən reanimasiyaya yerləşdirilib.
"Cebheinfo.az" xəbər verir ki, 77 yaşlı sənətçinin səhhətinin yaxşılaşdığı, lakin müalicə prosesinin yaxından izlənilməsi üçün reanimasiyada saxlanıldığı bildirilib.
Onun partnyoru Jülide Kural İnanırın vəziyyətinin yaxşılaşdığını bildirib.Kural cümə günü İnanıra iki dəfə baş çəkdiyini və onunla danışmaq imkanı əldə etdiyini bildirib:
"O, niyə reanimasiyaya yerləşdirildiyini soruşdu. Mən bunun ehtiyat tədbiri olduğunu izah etdim. Müalicəyə tez reaksiya verir, müsbət irəliləyiş var".
Kural əlavə edib ki, İnanırın həftəsonunu reanimasiyada keçirdikdən sonra bazar ertəsi günü adi palataya köçürülməsi gözlənilir.
"Yeşilçam"ın (Türkiyə) ən əhəmiyyətli aktyorlarından biri olan Kadir İnanır, 24 mart 2024-cü ildə beynində qan laxtalanması səbəbindən xəstəxanaya yerləşdirilib və uzun müddət reanimasiya müalicəsindən sonra evə buraxılıb.