ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Astana, 16 may, AZƏRTAC
Astanada “Saryarka” velotrekində “Silk Way Series Astana” beynəlxalq trek yarışı keçirilir. Yarışda iştirak edən ölkələr arasında Azərbaycan da yer alır.
AZƏRTAC-a Azərbaycan trek velosiped yığmasının gənclər məşqçisi Elçin Qasımov bildirib ki, Azərbaycan 5 idmançı ilə təmsil olunur - bir qadın idmançı və dörd gənc, həmçinin üç texniki işçi komandada yer alıb.
Məşqçi qeyd edib ki, hazırkı yarış komanda üçün test xarakterli müsabiqədir - idmançıların hazırlıq səviyyəsini müəyyən etmək məqsədi daşıyır. Əsas məqsəd isə Almaniyada keçiriləcək gənclər üzrə Avropa çempionatına hazırlaşmaqdır.
“Medal şanslarımız var və biz bu hədəfə doğru irəliləyirik”, - deyə E.Qasımov vurğulayıb.
Komandanın 17 yaşlı üzvü Çingiz İsayev bildirib ki, o, 5 ildir velosiped idmanı ilə məşğuldur. İdmançı bu yarışa qədər Qazaxıstanda 4 yarışda iştirak edib. O, son yarışda bəzi səhvlərə görə kiçik uğursuzluğa yol verdiyini etiraf edib: “Önümdə daha bir yarış var. Ümid edirəm ki, orada və bundan sonrakı yarışlarda daha yaxşı nəticələr əldə edəcəyəm”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana



Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.