RU

Krivotsyuk “Seul”a qarşı 90 dəqiqə oynadı, yenə üzüldü – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 2026-cı il mövsümünün 15-ci turu çərçivəsində “Seul”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Krivotsyukun komandası qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

Anton bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 85-ci dəqiqədə sarı vərəqə də alıb.

Ardıcıl 3 turdur uduzan “Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 15 oyuna topladığı 16 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Krivotsyukun komandası 15 oyuna 4 qələbə qazanıb, 4 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 9-da iştirak edib.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 102 oyuna çıxıb, 5 qol, 3 məhsuldar ötürmə müəllifi olub. 27 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 46 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
14
9
arena.az

10Источники