AZ

Qurbanov: “Bəzi futbolçularla vidalaşacağıq” – ARENA.AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 32-ci turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşündə Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında qarşılaşma barədə fikirlərini bölüşüb:

“Futbolçularımı təbrik edirəm. Avropa Liqasına vəsiqəni rəsmiləşdirmək baxımından vacib qalibiyyət əldə etdik. Qarşımızda yaxşı müdafiə olunan və çox sürətli əks-hücumlara keçən kollektiv var idi. Hesab 3:0 olsa da, oyun heç də asan keçmədi. Futbolçularımdan razı qaldım, intizamlı çıxış etməyə çalışdılar. Həm təcrübə, həm də düşünülmüş hücumlar yaxşı qalibiyyət əldə etməyimizə gətirib çıxardı. Bu, mövsüm ərzində sonuncu ev oyunumuz idi. Hər dəfə matçlarımıza gələn, bizi dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirəm.

Transferlərə gəlincə, hələ heç kimlə razılığıa gəlməmişik. Düzdür, çox oyunçu ilə danışıqlar gedir. Bəziləri mövsümün sonunu gözləyir, bəziləri düşünür. Avropanın ortabab ölkələrinin klublarında şərait o qədər yaxşılaşıb ki, oyunçular Azərbaycana gəlməyə isti yanaşmırlar. Ötən mövsüm UEFA Çempionlar Liqasında oynayanda bunun canlı şahidi olduq.

Bədavi Hüseynov böyük ehtimalla, komandada qalacaq. Son oyunlarda çox yaxşı performans göstərdi. Qəti qərar verməsək də, ola bilər ki, bəzi futbolçularla vidalaşacağıq.

Musa Qurbanlının zədəsinə gəlincə, Avroliqa oyunlarına kimi düzəlməsi çətin görünür. Hələ məşqlərə başlamayıb, müalicəsi davam edir. Böyük ehtimalla, həmin dövrə qədər hazır olmayacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
5
6
arena.az

10Mənbələr