AZ

Ayxan Abbasov: “Sonuncu ev oyunumuzda xal qazanmaq istəyirdik” – ARENA.AZ

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 32-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu mövsüm doğma meydanda keçirdiyimiz sonuncu oyunumuz idi. Azarkeşlərimizin qarşısında xal qazanmaq istəyirdik. Güclü rəqibə qarşı oynadıq. “Turan Tovuz”a Avropa Konfrans Liqasında uğurlar arzulayıram. Turnir cədvəlində yerimizi qorumaq istəyirdik. “Turan Tovuz”la gərgin və maraqlı oyunlarımız olub. Amma qalib gələ bilmirdik. Bu dəfə bunu bacardıq. Azarkeşlərə təşəkkür edirəm. Artıq bu mövsüm bir oyunumuz qalıb. “Şamaxı”ya da bundan sonra uğurlar arzulayıram”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
5
4
arena.az

10Mənbələr