RU

"Mançester Siti" PSJ-nin ulduzu üçün "kisənin ağzını açdı" - Fantastik məbləğ

PSJ-nin mərkəz yarımmüdafiəçisi Joau Neveş "Mançester Siti"nin transfer hədəfinə çevrilib. 

Fanat.Az xəbər verir ki, informasiyanı "ElNacional" yayıb.

Mənbənin məlumatına görə, İngiltərə nəhəngi 21 yaşlı portuqaliyalını yay transfer pəncərəsi zamanı əldə etməyi qarşısına məqsəd qoyub. "Şəhərlilər" Neveş üçün 115 milyon avro xərcləməyə hazırdır. 

Portuqaliyalı ulduz bu mövsüm bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə edib. 

Yarımmüdafiəçinin PSJ ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. "Transfermarkt" onun dəyərini 110 milyon avro qiymətləndirir.

Mirağa

Избранный
5
2
fanat.az

4Источники