RU

Mingəçevir teatrı sənətsevərlərə iki yeni tamaşa təqdim edəcək

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mingəçevir, 16 may, AZƏRTAC

Mingəçevir Dövlət Dram Teatrının kollektivi tamaşaçılar üçün yeni səhnə əsərləri təqdim etməyi planlaşdırır.

Teatrdan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda 58-ci mövsümünü yaşayan sənət ocağında Antоn Çeхоvun “Təklif” və “Ayı” əsərlərinin əsasında “Bir evlənmə təklifi” tamaşası üzərində məşqlər davam edir.

Səhnə əsərinin quruluşçu rejissoru Aynur Eldəniz, rejissor assistenti Məlahət Ağayeva, rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Gülcahan Yusifovadır.

Rolları Əməkdar artist Şıxı Yaqubov, Paşa Salmanov, Vüsalə Quliyevə, Aytən İsmayılova, Turqut Məsimli, Firuz Hacıyev, Lalə Abuşova və digər aktyorlar ifa edirlər. Tamaşanın iyun ayında təhvil verilməsi nəzərdə tutulub.

Yaradıcı kollektiv Elçin Məhərrəmin “Günəşin dostları” əsəri əsasında Aynur Eldənizin quruluş verdiyi eyniadlı tamaşa üzərində məşqlərə də başlayacaq. Bundan əlavə, teatr kollektivinin Cavid Təvəkkülün səhnə quruluşunda təqdim olunan Sabir Rəhmanın "Nişanlı qız" romantik komediyası ilə ətraf rayonlara qastrol səfərləri də planlaşdırılır.

Müxbir – Vüsalə Cənnətova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
1
azertag.az

2Источники