RU

Günün fotosu – “Parad icazəsi”nin qisası: külü göyə sovrulmuş məhəllə

Bu şəkil Kiyevdə çəkilib. Gördüyünüz kimi, Rusiyanın atdığı ağır tonnajlı ballistik raket yaşayış məhəlləsinə düşüb və bu məhəllədə olan binaları darmadağın edib.

O ağır və uzun raketlər bu məhəlləyə öz-özünə düşməyib, hara göndərilibsə, ora da düşüb.

Yəni buranı dağıdan raket tez-tez azıb-təzən, bir ölkə əvəzinə başqa ölkələrə gedib çıxan dronlardan olmayıb. Ona koordinatı yüzdəyüz dəqiqlikə veriblər, o da mənzil başına uçub.

Bu raketin bu binaya düşəcəyi hələ 8 gün öncədən bəlli idi. Kremlin qırmızı meydanda nasizm üzərində qələbənin 81-ci ildönümünə həsr olunmuş parad keçirmək məqsədilə Ukraynadan atəşkəs xahiş etməsi, buna cavab olaraq prezident Zelenskinin Moskvadakı parada ironik şəkildə icazə verməsi barədə xəbərlər yayılanda işləri bilən adamlar əminliklə deyirdilər, parad bitəndən bir neçə gün sonra Rusiya bu “icazə”nin qisasını Kiyevdən alacaq.

Bu külü göyə sovrulmuş binalar həmin qisas aktının nəticəsidir.

kiyev.jpg

Həmin raketlərin “Oreşnik” və ya yeni çıxan “Sarmat” olub-olmamasının fərqi yoxdur, əsas məsələ odur ki, Rusiya rəhbərliyi yaşayış məntəqəsinə bu qədər dağıdıcı gücü olan ballistik raket atmaqdan çəkinmir.
Bir həftə əvvəl nasizm üzərində qələbənin növbəti ildönümünü qeyd et, bir həftə sonra nasistlərin II dünya müharibəsində törətdiyi əməllərdən birinə qol qoy - əcəb işdir.

Köhnə müharibələrin bitdiyi tarixləri təntənəli şəkildə qeyd etməyin mənası odur ki, insanlar ibrət dərsi götürsünlər, müharibələrin nə dərəcədə dəhşətli bir şey olduğunu anlasınlar və onun bir daha təkrar edilməməsinin vacib olduğu qənaətinə gəlsinlər.

Bu məhəllənin halı isə göstərir ki, ibrət dərsi götürən-filan yoxdur, lazım gələndə mülki insanların hədəf alınması aktları davam edir.

Bu, Rusiya-Ukrayna müharibəsinin dəhşət və vəhşətinin şəklidir.

Musavat.com

 

Избранный
23
30
musavat.com

10Источники