RU

Ukraynada raket qıtlığı: Zelenski Makrondan kömək istədi

Zelenski Fransanın Ukraynanın HHM sistemini gücləndirməyə hazır olduğunu bəyan edib

Ukrayna Prezidenti Volodimir Zelenski tədarüklərin gecikməsi və raket qıtlığı fonunda özünün Fransa Prezidenti Emmanuel Makronla bu haqda söhbət apardığını bildirib.

Bizim.Media xəbər verir ki, bununla bağlı o, “Telegram" kanalında paylaşım edib.

"Fransa antiballistik müdafiə üzrə işləməyə hazırdır", - deyə o qeyd edib.

Zelenski Parisin bu qərarını "güclü" və "vacib" addım adlandırıb.

"Hava Hücumundan Müdafiə (HHM) sistemimizi gücləndirməyə hazır olduğunuz üçün təşəkkür edirəm", — deyə Ukrayna rəhbəri əlavə edib.

Danışıq zamanı Zelenski və Makron, həmçinin Avropa İttifaqına inteqrasiya və danışıqlar üzrə klasterlərin açılması məsələlərini də müzakirə ediblər.

Bizim.Media

Избранный
83
bizim.media

1Источники