RU

"Avroviziya-2026"nın finalı başladı

Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən "Avroviziya-2026" mahnı müsabiqəsinin finalı başlayıb.

"Ölkə.az" xəbər verir ki, gecədə 25 ölkə birincilik uğrunda mübarizə aparacaq.

Finala vəsiqə qazanan ölkələr Yunanıstan, Finlandiya, Belçika, İsveç, Moldova, İsrail, Serbiya, Xorvatiya, Litva, Polşa, Bolqarıstan, Ukrayna, Norveç, Avstraliya, Rumıniya, Malta, Kipr, Albaniya, Danimarka və Çexiyadır.

Fransa, Almaniya, İtaliya, Birləşmiş Krallıq və ev sahibi Avstriya isə birbaşa finala qatılacaq ölkələrdir.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Jiva finala vəsiqə qazana bilməyib.

Избранный
66
11
olke.az

10Источники