RU

Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi

Heyəti daxilində portuqaliyalı hücumçu Kriştianu Ronaldonun da çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Asiya Çempionlar Liqası 2-nin kubokunu qazana bilməyib.

Publika.az xəbər verir ki, final matçında Səudiyyə klubu Yaponiyanın "Qamba Osaka" komandasına məğlub olub. Ər-Riyaddakı "Kinqdom Arena" stadionunda keçirilən görüş 0:1 hesabı ilə başa çatıb. Oyunda yeganə qolu 30-cu dəqiqədə Denis Xummet vurub. Ronaldo meydana start heyətində çıxsa da, effektiv oyun nümayiş etdirə bilməyib.

Bu, son günlər ərzində "Əl-Nəsr"in əldən verdiyi ikinci kubokdur. Belə ki, mayın 12-də klub "Əl-Hilal" ilə heç-heçə oynayaraq Səudiyyə Ərəbistanı çempionatını vaxtından əvvəl qazanmaq şansını itirmişdi.

Избранный
8
17
publika.az

10Источники