Bu gün keçirilmiş 34-cü turun oyunları ilə futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünə yekun vurulub.
Arena.az xəbər verir ki, mövsümün sonuncu turunun bütün qarşılaşmaları eyni gündə və saatda keçirilib.
Çempion “Bayern” doğma meydanda “Köln”ə, Mönhenqladbax “Borussiya”sı “Hoffenhaym”a, “Frayburq” “Leypsiq”ə, “Union Berlin” isə “Auqsburq”a böyük hesabla qalib gəlib.
“Haydenhaym” evdə “Maynts”a, “Sankt Pauli” “Volfsburq”a, “Verder” də Dortmund “Borussiya”sına uduzub.
“Bayer” – “Hamburq” və “Ayntraxt” – “Ştutqart” görüşlərində isə qalib müəyyənləşməyib.
Beləliklə, “Bayern” 89 xalla birinci olub. Dortmund “Borussiya”sı 73 xalla gümüş, “Leypsiq” 65 xalla bürünc medalların sahibi olub. Bu üç komanda ilə birgə, 62 xal toplamış “Ştutqart” da növbəti mövsümdə Almaniyanı UEFA Çempionlar Liqasında təmsil edəcək.
5-ci olan “Ştutqart”la (61 xal) 6-cı yeri tutmuş “Bayer” (59 xal) Avropa Liqasında iştirak hüququ qazanıblar. 47 xalla 7-ci olmuş “Frayburq” isə Konfrans Liqasında çıxış edəcək.
26 xal toplamış “Haydenhaym”la “Sankt Pauli” son iki tutduqları üçün Bundesliqanı tərk ediblər. “Volfsburq”u (29) isə elitada qalmaq yolunda pley-off görüşləri gözləyir.
Almaniya, Bundesliqa
34-cü tur
16 may
Borussiya (Mönhenqladbax) – Hoffenhaym 4:0
Qollar: Bolin, 14. Tabakoviç, 23. Diks, 81. Hak, 90+1.
Bayer – Hamburq 1:1
Qollar: Kuansa, 78 – F.Vieyra, 61.
Bayern – Köln 5:1
Qollar: H.Keyn, 10; 13; 69. Bişof, 22. N.Cekson, 83 – El Mala, 18.
Ayntraxt – Ştutqart 2:2
Qollar: Burkardt, 72-pen; 90+2-pen – Andres, 10. Nartey, 45+4.
Frayburq – Leypsiq 4:1
Qollar: Beste, 24. Matanoviç, 26. Ginter, 47. Şerhant, 75 – Uedraqao, 33.
Haydenhaym – Maynts 0:2
Qollar: Tiets, 7. Amiri, 43.
Sankt Pauli – Volfsburq 1:3
Qollar: Sisey, 57 – Kulyerakis, 37. Vasili, 64-öz qapısına. Peyçinoviç, 80.
Union Berlin – Auqsburq 4:0
Qollar: İliç, 10; 42. Şafer, 54. Yonq, 89.
Verder – Borussiya (Dortmund) 0:2
Qollar: Girassi, 59. Kouto, 90+5.I ran in my neighborhood for thirty minutes.
