RU

Banqkokda yük qatarının avtobusla toqquşması nəticəsində 8 nəfər ölüb

Bakı, 17 may, AZƏRTAC

Taylandın paytaxtı Banqkokda günorta saatlarında yük qatarının dəmir yolu keçidində avtobusla toqquşması nəticəsində səkkiz nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Haber Global" məlumat yayıb. Səlahiyyətlilər qəzada 20-dən çox insanın yaralandığını bildiriblər. Hadisə yerinə çoxsaylı briqadalar göndərilib və qəza zamanı baş verən yanğın nəzarət altına alınıb.

Избранный
66
azertag.az

1Источники