Bakı, 17 may, AZƏRTAC
Taylandın paytaxtı Banqkokda günorta saatlarında yük qatarının dəmir yolu keçidində avtobusla toqquşması nəticəsində səkkiz nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Haber Global" məlumat yayıb. Səlahiyyətlilər qəzada 20-dən çox insanın yaralandığını bildiriblər. Hadisə yerinə çoxsaylı briqadalar göndərilib və qəza zamanı baş verən yanğın nəzarət altına alınıb.