Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı “AnewZ” telekanalının hazırladığı sənədli filmi paylaşıb.
Editor.az xəbər verir ki, “WUF13: Ümumdünya Şəhərsalma Forumu: Abşeron yarımadası” adlı sənədli filmdə şəhər inkişafı, davamlılıq, mədəniyyət, nəqliyyat və innovasiyalar vasitəsilə Bakı və Abşeron yarımadasının transformasiyası araşdırılır – WUF13 ərəfəsində Azərbaycanın gələcəyə baxışı vurğulanır.
Bakının şəhər təkamülü, infrastrukturu, yaşıl inkişafı və WUF13-ə hazırlığı haqqında xüsusi buraxılışda paytaxtın özünü müasir şəhərsalma və beynəlxalq dialoq üzrə qlobal mərkəz kimi necə mövqeləndirdiyi nümayiş etdirilir.