Azərbaycan Avstriyada keçirilən “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsinin finalında səsvermədə iştirak edib.“BUTA.TV” xəbər verir ki, ölkəmiz ən yüksək 12 xalı İtaliyaya verib. Avroviziyada Azərbaycanın səslərini 2012-ci ildə eyni müsabiqədə ölkəmizi təmsil edən Əməkdar artist Səbinə Babayeva elan edib.
Ölkəmizdən digər xallar isə belə bölüşdürülüb:10 xal - Ukrayna8 xal - Serbiya 7 xal - Xorvatiya6 xal - Albaniya 5 xal - Bolqarıstan4 xal - İsrail3 xal - Ruminiya2 xal - Malta1 xal - ÇexiyaBirazdan 70-ci “Avroviziya” mahnı müsabiqəsinin qalibi məlum olacaq. Qeyd edək ki, Azərbaycan təmsilçisi Jiva isə finala vəsiqə qazana bilməyib.