RU

FT: Rütte Avropa müdafiə şirkətlərinə təzyiq göstərmək niyyətindədir

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

NATO-nun baş katibi Mark Rütte Brüsseldə keçiriləcək görüşdə Avropanın müdafiə sənayesi nümayəndələrini istehsalı artırmağa çağıracaq.

“Financial Times”ın məlumatına görə, məqsəd ABŞ Prezidenti Donald Trampın müdafiə xərclərinin artırılması ilə bağlı tələblərini qarşılamaqdır.

Qəzet yazır ki, görüşdə “Rheinmetall”, “Airbus”, “Saab”, “Leonardo” və digər iri müdafiə şirkətlərinin nümayəndələri iştirak edəcək.Əsas müzakirə mövzuları hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli raketlər olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
52
1
apa.az

2Источники